“20 Yanvar”da girişlərdən birinin istiqaməti dəyişdirilir

  20 Fevral 2020    Oxunub : 1932
“20 Yanvar”da girişlərdən birinin istiqaməti dəyişdirilir
"20 Yanvar" metrostansiyasının giriş-çıxışlarından birinin istiqaməti dəyişdirilir.

Bu barədə Azvision.az a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, həmin ərazidə bir hərəkət zolağı enində yol genişləndiriləcək:
"Bununla da Moskva prospekti ilə gələn nəqliyyat vasitələri sağa dayanmadan dönə biləcəklər. Həmin zolaq digərlərindən ayrılacaq və ancaq sağa dönmək üçün nəzərdə tutulacaq ki, bu istiqamətdə hərəkət edənlər işıqforda gözləmədən birbaşa dönsünlər. Bu da həmin ərazidə sıxlığın aradan qaldırılmasına müsbət təsir göstərəcək".

Qeyd edək ki, stansiyanın istiqaməti dəyişdiriləcək giriş-çıxışı "Azərsu" ASC-nin binasının qarşısında yerləşir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: 20Yanvar   Metro   Çıxış