Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərilib

  20 Fevral 2020    Oxunub : 1833
Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərilib
Ötən il Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Azvision.az xəbər verir ki, bunu Ali Məhkəmə Plenumunun iclasında sədr Ramiz Rzayev deyib.
İclasda Ali Məhkəmənin kollegiya sədrlərinin 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib. Hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılıb.

Qeyd olunub ki, Ali Məhkəmənin mülki və hərbi kollegiyalarında 2019-cu ildə baxılmış işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artıb. Mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artıb.

Bundan əlavə, diqqətə çatdırılıb ki, ötən il Ali Məhkəmənin Plenumunun 6 iclası keçirilib və 21 qərar qəbul edilib. Həmçinin işlərə baxılarkən aşkarlanmış nöqsanlar barədə 38 xüsusi qərar çıxarılıb. Ali Məhkəməyə müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artım müşahidə olunub.

Azvision.az

Teqlər: Hakim   Təqaüd