3 dairə ilə bağlı şikayətlər DSK-ya göndərildi

  20 Fevral 2020    Oxunub : 1794
 3 dairə ilə bağlı şikayətlər DSK-ya göndərildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxılır.
Azvision.az xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O təklif edib ki, 99 saylı Şəmkir, 27 saylı Sabunçu ikinci, 120 saylı Laçın seçki dairəsindən daxil olan müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına geri göndərilməlidir.

Təkliflər səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki