Daha 6 məntəqənin nəticələri etibarsız sayıldı

Daha 6 məntəqənin nəticələri etibarsız sayıldı
  20 Fevral 2020    Oxunub:2129
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 107 saylı Qazax seçki dairəsindən namizədliyi qeydə alınmış Ramin Göyüşovun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, şikayətçi 12 məntəqə üzrə 20 videogörüntü, aktlar və digər sənədlərin surətlərini təqdim edib və həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Müraciət geniş şəkildə araşdırılıb. Bəlli olub ki, iddiaçının dediyi qanun pozuntuları yalnız 2 saylı seçki məntəqəsində əksini tapıb. Bu əsasla əmin məntəqənin nəticələri ləğv olunmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Bundan başqa, iclasda 57 saylı Kürdəmir seçki dairəsindən daxil olan müraciətə baxılıb. Şikayət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, şikayətçi həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı bəlli olub ki, 7, 18, 20, 27, 33 saylı məntəqələrin nəticələri ləğv olunmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK  





Xəbər lenti