MSK sədri müşahidəçinin “döyülməsinə” aydınlıq gətirdi

 MSK sədri müşahidəçinin “döyülməsinə” aydınlıq gətirdi
  20 Fevral 2020    Oxunub:3773
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 9 fevral seçki günü 76 saylı Lənkəran-Astara seçki dairəsində müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı iddialara aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, MSK sədri sosial şəbəkələrdə müzakirələrə səbəb olan hadisənin baş vermə səbəbini açıqlayıb:

"Digər xanım müşahidəçi xəbərdarlıq edib ki, onu çəkməsin. Bu xanım da çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, guya həmin xanımı döyüblər və şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalanadıracaqlar. Ona görə də qarşı tərəf qabaqdan gəlmişlik edir ki, guya xanımı döyüblər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Sədr  





Xəbər lenti