MSK 8 saylı dairə ilə bağlı şikayətə baxdı

  20 Fevral 2020    Oxunub : 1224
MSK 8 saylı dairə ilə bağlı şikayətə baxdı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ağasif İbrahimovun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, şikayət barədə MSK üzvü Validə Abbasova məlumat verib.

O bildirib ki, şikayətçi həmin seçki dairəsinin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı bəlli olub ki, həmin dairənin 24 saylı məntəqəsinin nəticələrinin ləğv edilməsi üçün əsaslar var”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK