Bu məntəqənin də nəticələri ləğv edildi

  20 Fevral 2020    Oxunub : 1463
Bu məntəqənin də nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Samir Məmmədovun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, şikayət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, şikayətçi həmin seçki dairəsinin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı bəlli olub ki, səsvermə günü 30 saylı seçki məntəqəsi istisna olmaqla digər məntəqələrdə qanun pozuntusu müəyyən olunmayıb”.

Təklif səsverməyə çıxarılaraq 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğvi barədə qərar qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki