Prezident Romada naməlum əsgər abidəsini ziyarət edib - FOTOLAR

  20 Fevral 2020    Oxunub : 1979
 Prezident Romada naməlum əsgər abidəsini ziyarət edib - FOTOLAR
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.
Azvision.az xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.



























Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   İtaliya