Çindən gələn iki tələbədə koronavirus aşkarlanmadı - RƏSMİ

Çindən gələn iki tələbədə koronavirus aşkarlanmadı  -  RƏSMİ
  21 Fevral 2020    Oxunub:3359
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Çindən gələn azərbaycanlı tələbələrlə bağlı məlumat yayıb.
Azvision.az-a daxil olan birgə məlumatda deyilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi olub. Belə ki, onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Qeyd olunub ki, gün ərzində onların evə buraxılacaqları gözlənilir.

Azvision.az


Teqlər: TƏBİB   Səhiyyə  





Xəbər lenti