İsmayıllı sakinindən qanunsuz silah götürülüb

İsmayıllı sakinindən qanunsuz silah götürülüb
  21 Fevral 2020    Oxunub:1943
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Qalınçaq kənd sakini Qaçay Mirzəyevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: İsmayıllı   Tüfəng  





Xəbər lenti