"Ölkəmizdə yaşıllıq sahələri artırılır" - ETSN rəsmisi

"Ölkəmizdə yaşıllıq sahələri artırılır" -    ETSN rəsmisi
  21 Fevral 2020    Oxunub:2142
"İstər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və bu işdə müsbət bir başlanğıcdır.

İ.İbrahimova bildirib ki, bəzən yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir:

"Paytaxtda və regionlarda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı iş aparılır. Hər il vətəndaşların iştirakı ilə ölkədə kütləvi ağacəkmə aksiyaları keçirilir, boş torpaqlarda yaşıllıqların artırılmasına və iqtisadiyyatın inkişafına töhfə verən meyvə bağları salınır. Təkcə Abşeron yarımadasında min hektarlarla badam və zeytun bağları salınıb. ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, ekoloji pozuntularla bağlı məlumatları dərhal nazirliyə çatdırır".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti