Bakıdakı yaşıllıqların azı 50-60 yaşı var

Bakıdakı yaşıllıqların azı 50-60 yaşı var
  21 Fevral 2020    Oxunub:3931
Bakı şəhərində yaşıllıqlar əsasən 1960-80-ci illərdə salındığından mövcud yaşıllıqların ən azı 50-60 yaşı var.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu səbəbdən ağacların dekorativ baxımdan yararsız vəziyyətə düşməsi, atmosferin, küləklərin təsirindən sınması, eybəcər hala qalması normal haldır.

C.Məmmədov əlavə edib ki, yaşı çox olan ağaclar əsasən Bakının Nizami rayonunun "8 km" adlanan ərazisindədir. Birlik rəsmisi, həmçinin qeyd edib ki, yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına dair qərarların verilməsinə böyük dəstək olacaq:

"Məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin olaraq Bakı şəhərində yaratdığı yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası bizə imkan verəcək ki, ərazilərdə daha dəqiq olaraq ağac və kol növlərinin seçərək əkilməsinə nail olaq. Bu, vaxtında qaldırılmış məsələdir və bunun mütəmadi olaraq həyata keçirilməsi zəruridir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Yaşıllıq  





Xəbər lenti