Daha bir məntəqənin nəticələri ləğv edildi

Daha bir məntəqənin nəticələri ləğv edildi
  21 Fevral 2020    Oxunub:1924
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Həsənov Ülvi Fəxrəddin oğlu və Bayramov Şəhriyar Nəbi oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, şikayətçi müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma 3 istiqamətdə - sosial şəbəkələr, dairə seçki komissiyalarından təqdim edilmiş protokollar və müraciətçilərin təqdim etdiyi materiallar əsasında aparılıb. DSK-dan alınan protokolların araşdırması zamanı məlum olub ki, sadəcə 20 saylı seçki məntəqəsində keçirilən səsvermə seçicilərin iradəsini özündə əks etdirmir. Buna görə də təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilsin”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti