“Bu dairədə pozuntular olmayıb” - MSK-dan namizədlərə cavab

“Bu dairədə pozuntular olmayıb” -  MSK-dan namizədlərə cavab
  22 Fevral 2020    Oxunub:3455
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Yaqublu Nəsiman Qara oğlu və Mirzəliyev İlham Nurəddin oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində sosial şəbəkələrdə bu dairədə pozuntuların olmasına dair görüntü yayımlanmayıb. Ümumən seçkinin nəticələrinə təsir edə biləcək pozuntular qeydə alınmayıb. Bu səbəbdən müvafiq dairənin qərarı dəyişdirilmədən saxlanılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti