Leyla Əliyeva FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO
Söhbət əsnasında Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafı perspektivləri, FAO-nun bu istiqamətdə göstərdiyi səylər, eləcə də ekoloji maarifləndirmə, sağlam və məsuliyyətli ərzaq istehlakı və kənd yerlərinin inkişafı üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi.
Leyla Əliyeva FAO-nun Azərbaycanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq üzrə həyata keçirilən mühüm layihələrini yüksək qiymətləndirdi və ölkəmizdə bu sahələrin inkişafına verilən töhfəyə görə minnətdarlığını bildirdi.
Qu Donqyu, öz növbəsində, Azərbaycanın regionun lider dövləti kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rola malik olduğunu qeyd etdi.
Həmçinin görüşdə “Sıfır aclıq” qlobal məqsədinin icra vəziyyəti, içməli suyun keyfiyyəti və çatışmazlığı məsələləri müzakirə edildi, dünyada aclığın aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi üzrə mümkün tərəfdaşlığa dair fikir mübadiləsi aparıldı.
Görüşün sonunda Leyla Əliyeva FAO-nun baş direktoru Qu Donqyunu Azərbaycana səfərə dəvət etdi.
Azvision.az
Teqlər: Leyla-Əliyeva FAO