MSK yenidən toplanır - Bu gün 20 müraciətə baxılacaq

 MSK yenidən toplanır  - Bu gün 20 müraciətə baxılacaq
  22 Fevral 2020    Oxunub:2295
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.
Azvision.az -ın məlumatına görə, iclasda 9 fevral 2020-ci ildə keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılacaq.

Hazırda MSK-da 50-dən artıq müraciət baxılması üçün araşdırma mərhələsindədir. 20 müraciət bu günə təyin olunan iclasda müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 29 fevral 2020-ci ilədək Milli Məclisə seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti