Vasif Talıbovdan yeni təyinat

Vasif Talıbovdan yeni təyinat
  22 Fevral 2020    Oxunub:2143
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında yeni təyinat olub.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Ülvi Mötəbər oğlu Hüseynli Ali Məclis Aparatının rəhbəri təyin olunub.

Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir.

Ü.Hüseynli Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı Sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti