MSK 1 məntəqənin nəticəsini ləğv etdi

MSK 1 məntəqənin nəticəsini ləğv etdi
  22 Fevral 2020    Oxunub:1874
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Hacıbəyli Rüfət İbrahim oğlu tərəfindən verilmiş müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi müraciətində 3 və 13 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma zamanı müəyyən olunub ki, həmin seçki dairəsi üzrə yalnız 6 saylı məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar aşkarlanıb. Bu səbəbdən şikayət qismən təmin edilməli və 6 saylı məntəqənin nəticələri ləğv edilməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Şikayət  





Xəbər lenti