Prezident Yaponiya İmperatorunu təbrik edib

  Prezident Yaponiya İmperatorunu təbrik edib
  22 Fevral 2020    Oxunub:1879
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və dost Yaponiya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

60 illik yubileyinizin qeyd olunduğu belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və firavanlıq arzulayıram".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Yaponiya  





Xəbər lenti