Türkiyədə zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB

  23 Fevral 2020    Oxunub : 3179
 Türkiyədə zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB
Türkiyədə zəlzələ bölgəsində axtarış xilasetmə işləri davam etdirilir.
Azvision.az xəbər verir ki, Van şəhərinin Başqala rayonunda ölənlərin sayı 9 nəfərə çatıb. Dağıntılar altından çıxarılan 37 nəfərdən 9-nun vəziyyəti ağırdır.

***
Türkiyədə İranla sərhəddə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, zəlzələ zamanı Vanda 21 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyətinin ağır olduğu deyilir.

Təbii fəlakət bir çox evlərə ciddi ziyan vurub. Əraziyə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub. Dağıntılar altında qalan şəxslərin axtarışı aparılır.



Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə-İran sərhədində 5,9 maqnitudalı zəlzələ olub.

***
Bu gün səhər saatlarında Türkiyə-İran sərhəddində baş vermiş zəlzələ bir neçə nəfərin ölümünə səbəb olub.

Azvision.az xəbər verir ki, təbii fəlakət nəticəsində Türkiyənin Van vilayətində 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Dağıntılar altında qalanların olduğu bildirilir.

İran tərəfində zəlzələ zamanı yaralanan şəxslər olsa da, ölüm faktı qeydə alınmayıb.



Azvision.az

Teqlər: İran   Türkiyə   Zəlzələ