MSK-dan 11 saylı dairə ilə bağlı qərar

MSK-dan 11 saylı dairə ilə bağlı qərar
  23 Fevral 2020    Oxunub:1639
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən qeydə alınan Soltanlı Səxavət Şirsoltan oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, müraciətdə həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib: “Müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı hal qeydə alınmayıb. Təklif edirəm şikayət əsassız hesab edilsin və DSK-nın qərarı qüvvədə saxlanılısın".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti