MSK 11 məntəqədə seçkinin nəticələrini ləğv etdi

MSK 11 məntəqədə seçkinin nəticələrini ləğv etdi
  23 Fevral 2020    Oxunub:6437
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən qeydə alınan namizədlərin müraciətlərinə baxılıb.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, deputatlığa namizədlər Natiq Cəfərli və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova deyib ki, araşdrmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermənin nəticəsi ləğv edilməlidir.

Daha sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntələrdə də qanun pozuntularının olduğunu vurğulayıb və həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.

Hər iki təklif səsə qoyularaq qəbul edilib. Sözügedən dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti