MSK daha iki məntəqənin nəticəsini ləğv edib

MSK daha iki məntəqənin nəticəsini ləğv edib
  24 Fevral 2020    Oxunub:2410
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam şəhər seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK katibi Arifə Muxtarova vurğulayıb ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 25 və 33 saylı seçki məntəqəsndə öz təsdiqini tapıb. A.Muxtarova həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti