Azərbaycandan İrana avtobus reysləri dayandırılıb? - AÇIQLAMA

Azərbaycandan İrana avtobus reysləri dayandırılıb? -  AÇIQLAMA
  24 Fevral 2020    Oxunub:3913
İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Azvision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib.
"Beynəlxalq reyslər,həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq".

Azvision.az



Teqlər: BANX   Reys  





Xəbər lenti