“Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir” - Prezidentin köməkçisi

“Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir” -  Prezidentin köməkçisi
  24 Fevral 2020    Oxunub:2229
"Qadınlar Azərbaycan tarixinin müxtəlif dövrlərində, müxtəlif sahələrdə, o cümlədən siyasət sahəsində önəmli rol oynayıblar. Təsadüfi deyil ki, Şərqdə ilk dəfə 1918-ci ildə qadınlara səs vermə hüququ məhz Azərbaycan Xalq Cümhuriyyətində verilib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı tədbirdə deyib.

Hikmət Hacıyev xatırladıb ki, konfrans Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində keçirilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının beşdə bir hissəsi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artq soydaşımız hərbi əməliyyatlarda həlak olub. Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səvyiyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur".

Prezidentin köməkçisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların rolunun aktivləşməsi olduqca önəmlidir: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rolu onayırlar. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti