Tramp xanımı və qızı ilə Hindistana gedir

Tramp xanımı və qızı ilə Hindistana gedir
  24 Fevral 2020    Oxunub:2254
ABŞ Prezidenti Donald Tramp bu gün Hindistana ilk səfərini edəcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, səfərdə Amerika liderini ölkənin birinci xanımı Melaniya Tramp, həmçinin 12 nəfərlik rəsmi nümayəndə heyəti müşayiət edəcək.

Nümayəndə heyətinə Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayn, ticarət və enerji nazirləri Uilbur Ross, Dan Bruyett, Ağ Evin sözçüsü Stefani Qrişem, prezidentin müşaviri və qızı İvanka Tramp, həmçinin ABŞ liderinin kürəkəni, böyük məsləhətçi Cared Kuşner daxildir.

Bu, Trampın ilk, eyni zamanda ABŞ Prezidentinin son beş ildə Hindistana ilk səfəri olacaq.

Bazar ertəsi günü Amerika lideri Hindistanın baş naziri Narendra Modinin doğma şəhəri Əhmədabadda böyük “Motera” stadionunda minlərlə insanın qarşısında çıxış edəcək.

Azvision.az


Teqlər: ABŞ   Tramp   Hindistan  





Xəbər lenti