“Maaş 100% artırılıb, 3 min yeni iş yeri açılacaq” - “AzerGold” sədri

 “Maaş 100% artırılıb, 3 min yeni iş yeri açılacaq” -     “AzerGold” sədri
  24 Fevral 2020    Oxunub:3988
"Dövlətimizin regional inkişaf və işsizliyin aradan qaldırılması ilə bağlı siyasətinə biz də "AzerGold" olaraq müəyyən töhfə veririk"

Azvision.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Cəmiyyət üzrə inzibati idarə daxil olmaqla 342 nəfər çalışır ki, onlardan 78 nəfəri Daşkəsən, 66-sı isə Gəncə və ətraf bölgələrin sakinləridir.

"Cəmiyyət fəaliyyət göstərdiyi sahələrdə podratçılar üzrə 421 nəfər işçi fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Göygöl rayonunda Ağyoxuş və Tülallar sahəsi, Daşkəsən rayonunda Çovdar yatağının yeraltı istismarı, Balakən rayonunda Filizçay layihəsinin işə salınması zamanı 3000 nəfərə yaxın yeni iş yerləri açılacaq. Cəmiyyətin fəaliyyəti nəticəsində Daşkəsən rayonu üzrə sənaye sahəsində işçilərin orta əməkhaqqında 100% artıma nail olunub".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Azərgold  





Xəbər lenti