Fərəc Quliyev: “Mənə mane ola bilməzlər” - VİDEO

    Fərəc Quliyev: “Mənə mane ola bilməzlər” -    VİDEO
  25 Fevral 2020    Oxunub:3114
“Mehman Hüseynov mənim barəmdə hazırladığı materialın montaj olduğunu etiraf edib”
Bunu Azvision.az-a müsahibəsində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin hazırki deputatı Fərəc Quliyev deyib.

Partiya sədri bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv edilmiş 4 dairədən birində təkrar seçkilərə qatılacaq. O, hansı dairədən namizəd olacağına hələlik qərar vermədiyini söyləyib.

"Hələ seçkiyə qatılmazdan əvvəl bizə qarşı böhtan kampaniyası başlamışdı. Mehman Hüseynovun haqqımda hazırladığı materialın montaj olduğunu etiraf etməsindən sonra ictimai rəydə imicimi zədələyən məsələlər aradan qalxdı. İndi daha ciddi şəkildə, hətta bir qədər üstün vəziyyətdə seçkiyə girmək imkanlarım yaranıb və bundan istifadə edəcəyəm. Haqqımda kampaniya aparanlar mənə mane ola bilməzlər", - deyə Fərəc Quliyev təqdim etdiyimiz video-müsahibədə seçkiöncəsi və seçkidən sonrakı vəziyyəti dəyərləndirib, gələcək planlarından söz açıb.



Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Deputat   Fərəc-Quliyev  





Xəbər lenti