Ordu nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

  24 Fevral 2020    Oxunub : 1573
Ordu nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun nümayəndələri Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli kiber təhlükəsizlik üzrə təcrübə mübadiləsinə qatılıblar. Bundan əlavə, hərbiçilərimiz Almaniyanın Oberammerqau şəhərində “Döyüş hazırlığının qiymətləndirilməsi” kursunda və Ankarada (Türkiyə) “Silahlı münaqişə hüququ” kursunda iştirak edirlər.

Azvision.az

Teqlər: Ordu   Müdafiə-Nazirliyi