MSK araşdırdı, şikayət təsdiqini tapmadı

MSK araşdırdı, şikayət təsdiqini tapmadı
  24 Fevral 2020    Oxunub:1578
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Abdullayev Ayaz Rəsul oğlu və digərlərinin müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, araşdırma nəticəsində şikayətçinin müraciətində əks olunan hallar öz təsdiqini tapmayıb: "Bu baxımdan dairə seçki komissiyası (DSK) doğru qərara gəlib. Ona görə şikayət təmin edilməməli və DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti