MSK daha bir dairə üzrə şikayətə baxdı

MSK daha bir dairə üzrə şikayətə baxdı
  24 Fevral 2020    Oxunub:1850
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd Abbasova Başxanım Şamil qızının müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Validə Abbasova məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində müəyyən olunub ki, 26 saylı məntəqədə pozuntular aşkarlanıb. Burada tərtib olunan protokolda uyğunsuzluq müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti