Məzahir Pənahov: “Onlar barədə ciddi ölçü götürüləcək”

 Məzahir Pənahov: “Onlar barədə ciddi ölçü götürüləcək”
  24 Fevral 2020    Oxunub:3444
“68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələri normal tələblərə uyğun şəkildə fəaliyyət göstərməyib.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, həmin məntəqə seçki komissiyalarının hər ikisi ciddi şəkildə nəzarətə götürülüb:

“Onlar barədə ciddi ölçü götürüləcək. Çünki bələdiyyə seçkiləri zamanı da həmin məntəqələrdən şikayətlər daxil olub. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Məzahir-Pənahov   Seçki  





Xəbər lenti