Sərdar Cəlaloğlunun şikayəti ilə 4 məntəqə ləğv edildi

  24 Fevral 2020    Oxunub : 1464
Sərdar Cəlaloğlunun şikayəti ilə 4 məntəqə ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Məmmədov Sərdar Cəlal oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 10, 19, 28 və 29 saylı məntəqələrdə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki