MSK bu məntəqənin də nəticələrini etibarsız saydı

MSK bu məntəqənin də nəticələrini etibarsız saydı
  25 Fevral 2020    Oxunub:2454
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 1 saylı məntəqədə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Məntəqə  





Xəbər lenti