“ASAN Peşə” kurslarını bitirənlərə sertifikatlar verildi - FOTO

“ASAN Peşə” kurslarını bitirənlərə sertifikatlar verildi -    FOTO
  25 Fevral 2020    Oxunub:3430
“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Şəki “ASAN Həyat” kompleksində ABAD təlimçiləri vasitəsi ilə 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 49 nəfər şəxsə həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.



Təlimlər tələbata müvafiq 4 fərqli sahə üzrə aparılır: rəssamlıq, İKT, şahmat və bağçılıq. İştirak üçün yaş məhdudiyyəti yoxdur və təlimlər ödənişsiz şəkildə təşkil olunur.



"ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədini daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.



Hazırda təlimlər davam edir. Mütəmadi xarakter daşıyan şahmat təlimləri şahmat haqqında ilkin təsəvvürün yaradılması və lövhə üzərində gedişlərin öyrədilməsi üzərində, rəssamlıq təlimləri rəngləmə, boyama, müxtəlif fiqurların qurulma texnikalarının öyrədilməsi üzərində, bağçılıq təlimləri regiona xas bağçılıq, ipəkçilik, tütünçülük sahələrinin öyrədilməsi üzərində, İKT sahəsi üzrə təlimlər isə Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. Təlimlər bu ildən daha da genişləndiriləcəkdir.








Azvision.az



Teqlər: ASAN-Peşə  





Xəbər lenti