“Koronavirus qiymət artımına səbəb ola bilər” - İqtisadçı ekspert
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanla İran arasında ticarət dövriyyəsi 446 milyon dollardır, bunu 414.8 miyon dolları İrandan idxal, 31,2 milyon dolları isə Azərbaycandan İrana ixracdır.
V.Bayramov hesab edir ki, koronavirusun İranda yayılmasına görə sərhədlər bağlanarsa, ölkə daxilində bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən quru meyvələrin qiyməti bahalaşa bilər.
“Alternativ bazar Türkiyədir, lakin orada İranla müqayisədə kənd təsərrüfatı məhsulları bir qədər bahadır. Tələb Türkiyədən idxal hesabına ödənilsə belə, yenə də qiymət artımına səbəb olacaq. 2015-ci ildən etibarən Azərbaycan yerli istehsalı dəstəkləyir və ərzaq məhsullarının istehlakında yerli istehsalın payı artır. Bu səbəbdən qonşu ölkələrdə koronavirusun yayılması fonunda Azərbaycan öz iqtisadiyyatını müdafiə etmək imkanına malikdir”.
Ekspert əlavə edib ki, koronavirusun yayılması, dünya iqtisadiyyatındakı azalmalar Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil, bu, inkişaf etmiş və etməkdə olan ölkələrə təsir edir.
Aytən Zəhra
Azvision.az
Teqlər: İran Koronavirus