Zahid Orucdan yeni təyinatlar

Zahid Orucdan yeni təyinatlar
  25 Fevral 2020    Oxunub:2413
Sosial Tədqiqatlar Mərkəzinə daha iki təyinat olub.
Azvision.az -ın məlumatına görə, bununla bağlı əmri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc imzalayıb.

Əmrə əsasən, Şəfanə İbrahimova və Afaq Məmmədova Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə təyin olunublar.

Şəfanə İbrahimova ölkənin tanınan media orqanlarında çalışıb, Afaq Məmmədova isə gənc və peşəkar tərcüməçi olaraq fəaliyyət göstərib.


Azvision.az


Teqlər: STM  





Xəbər lenti