Mağazalardan oğurluq edən şəxs saxlanıldı

Mağazalardan oğurluq edən şəxs saxlanıldı
  25 Fevral 2020    Oxunub:2332
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə altı il həbs olunmuş Aydın Məhərrəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək, dəfələrlə mağazalardan oğurluqlar etdiyini bildirib.

Saxlanılan şəxs məsuliyyətə cəlb olunub. Onun digər cinayət hadisələrinin iştirakçısı olub-olmaması araşdırılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti