Nazirlikdən koronavirusla bağlı əhaliyə müraciət

 Nazirlikdən koronavirusla bağlı əhaliyə müraciət
  25 Fevral 2020    Oxunub:4436
Səhiyyə Nazirliyi koronavirusla bağlı ölkə vətəndaşlarına müraciət edib.

Azvision.az xəbər verir ki, Səhiyyə Nazirliyi vətəndaşlardan məsələyə həssas yanaşılmasını xahiş edib. Müraciətdə bildirilib ki, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməsinlər.
Rəsmi məlumatlara əsasən, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşları olmaqla 6 nəfər yerləşdirilib. Onlar bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Səhiyyə-Nazirliyi  





Xəbər lenti