“20 il əvvəlki Azərbaycanla bugünkü arasında böyük fərq var” - Ərdoğan
Azvision.az xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan arasında 14 sənəd imzalanıb: “Bunlardan ən önəmlisi tərcihli (preferensial) ticarətdir. Xüsusən Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir. İğdırdan Naxçıvana qədər qaz kəməri çəkiləcək. 160 kilometrlik qaz xəttinin çəkilişi ilə Naxçıvanın qaz təminatı yüksək səviyyədə təmin olunacaq. Bu layihələr sürətlə həyata keçiriləcək”.
Azvision.az
Teqlər: Ərdoğan