“CinemaPlus”da “Bayi toplantısı”

  25 Fevral 2020    Oxunub : 748
“CinemaPlus”da “Bayi toplantısı”
“CinemaPlus” kinoteatrında “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi keçirilib.
Azvision.az xəbər verir ki, 28 Mall Ticarət Mərkəzində yerləşən CinemaPlus Premium-klass Kinoteatrında “Yol Arkadaşım” filminin yaradıcılarından olan “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi baş tutub.



Rejissor Bedran Güzeldir. Baş rollarda İbrahim Büyükak, Onur Buldu, Doğu Demirkol, Büşra Pekin və Safa Sarı.
“Bayı toplantısı” filmi, məcburən qatılmalı olduqları ticarət toplantısında 3 məişət avadanlığının ticarəti ilə məşğul olan satıcıların üzləşdiyi bir-birindən maraqlı macəralardan bəhs edir. Bir birlərini tanımayan Namiq, Adəm və Sadıq ticarətlə məşğul olur və yolları ticarət toplantısında kəsişir. Həyatlarının mürəkkəb bir anını yaşayan Namiq, Adəm və Sadıq üzləşdiyi hadisələrdən sonra özlərini tam bir macəra ilə zəngin ortamda kəşf edirlər. Həmkarlarını xilas edə bilmək üçün bu üçlüyün bir-birlərinə güvənmək və tələsməkdən savayı çarələri yoxdur.



Film fevralın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Azvision.az

Teqlər: