“Türkiyə Azərbaycana ən böyük dəstək verən ölkədir” - İlham Əliyev

“Türkiyə Azərbaycana ən böyük dəstək verən ölkədir” -  İlham Əliyev
  26 Fevral 2020    Oxunub:2961
"Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir"

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı buna görə Türkiyəyə təşəkkürünü bildirib.

Prezident vurğulayıb ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir: "Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq".

Prezident qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Türkiyə  





Xəbər lenti