Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsini nəzarətə götürüb

 Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsini nəzarətə götürüb
  26 Fevral 2020    Oxunub:4090
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən məşhur “Qaya” qrupunun üzvü, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.
Azvision.az xəbər verir ki, R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib.

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kardiologiya İnstitutuna gələrək R.Babayevi ziyarət edib. A.Ələkbərov Xalq artistinin səhhəti ilə maraqlanıb. Bunun ardınca Rauf Babayev xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.

Artıq onun müalicəsi Heydər Əliyev Fondunun rəhbərliyinin nəzarəti altında Mərkəzi Klinikada davam etdiriləcək.

Azvision.az



Teqlər: Fond   Xəstəxana   Müalicə   Rauf-Babayev  





Xəbər lenti