Ermənistanda 36 nəfər koronavirusda şübhəli bilinir

Ermənistanda 36 nəfər koronavirusda şübhəli bilinir
  26 Fevral 2020    Oxunub:2799
Ermənistanda koronavirusa yoluxmada şübhəli bilinən 36 nəfər xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti yanında səhiyyə və əmək müfəttişliyinin rəhbəri Akob Avakyan deyib.

Onun sözlərinə görə, 24 yanvar tarixindən etibarən 36 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bunların əksəriyyəti “Zvartnots” hava limanında, Baqrataşen keçid məntəqəsində qeydə alınıb. Meqri keçid məntəqəsində isə bir şübhəli aşkar edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti