Xocalı soyqırımına görə 305 nəfər beynəlxalq axtarışa verilib

  26 Fevral 2020    Oxunub : 1767
Xocalı soyqırımına görə 305 nəfər beynəlxalq axtarışa verilib
Xocalıda baş vermiş hadisələrlə bağlı 2003-cü ilin dekabrın 18-də istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci ilin martından cinayət işinə prossesual rəhbərlik Hərbi Prokurorluğa həvalə edilib.
Azvision.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib. Onun sözlərinə görə, cinayət işi üzrə 5 əsas istiqamət müəyyən edilib:

"Bunlar Azərbaycan xalqına qarşı soyqırım, əsir və girovlara qarşı işgəncə, terrorçuluq, dövlətə və vətəndaşlara vurulmuş maddi ziyan, milli ədavət zəminində törədilmiş xüsusilə ağır cinayətlərdir. Sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 305 şəxs barədə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair və axtarışları üçün müxtəlif beynəlxalq qurumlara müraciət göndərilib. Onların ifşa olunub istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Xocalı   Soyqırım