Rusiyada axtarışda olan şəxs Gəncədə tutuldu

  26 Fevral 2020    Oxunub : 882
Rusiyada axtarışda olan şəxs Gəncədə tutuldu
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də E.Əhmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bərdə rayon sakini S .Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ə. Razmico saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ə. Razmiconun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN