Ötən il 2722 azərbaycanlı qadın türkə ərə gedib

  26 Fevral 2020    Oxunub : 3021
 Ötən il 2722 azərbaycanlı qadın türkə ərə gedib
2019-cu ildə 2843 azərbaycanlı Türkiyə vətəndaşı ilə ailə qurub.

Azvision.az Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən il Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi gəlinlər arasında azərbaycanlılar 2-ci yerdədir. Belə ki, 2019-cu ildə 2722 azərbaycanlı qadın Türkiyə vətəndaşına ərə gedib.
Birinci sırada suriyalı qadınlar yer alıb. Ötən il 3380 suriyalı qadın Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.

Bundan başqa, 2019-cu ildə Türkiyə vətəndaşları ilə nikaha girən azərbaycanlı kişilərin sayı 121 nəfər olub. Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi kişilər arasında azərbaycanlılar 5-ci pillədə qərarlaşıb. Türkiyəli qızlarla ailə quran əcnəbi kişilərin statistikasında almanlar lider statusundadır. Son bir ildə 1418 alman kişi türk qızla evlənib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ailə   Evlənmək   Türkiyə   Vətəndaş