Arvadını, qaynını və qayınanasını güllələdi - Sonra özünə atəş açdı

 Arvadını, qaynını və qayınanasını güllələdi -  Sonra özünə atəş açdı
  26 Fevral 2020    Oxunub:2567
Masallıda ağır cinayət hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Azərxan oğlu Ağayev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Alimə Əli qızı Nəbiyeva, qaynı, 1995-ci il təvəllüdlü Miralim Əli oğlu Nəbiyevi və qayınanası Zemfira Nəbiyevanı güllələyib. Ağır cinayət törədən Masallı sakini daha sonra özünə çənə nahiyəsindən atəş açıb.

Hadisə zamanı Alimə Nəbiyeva və Miralim Nəbiyev dünyasını dəyişib, Z.Nəbiyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qətl  





Xəbər lenti