Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edildi

  26 Fevral 2020    Oxunub : 2125
 Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edildi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.



Azvision.az

Teqlər: İran   Hərbi   Müdafiə-Nazirliyi