“Bakı Metropoliteni” QSC-nin yaradılmasından 6 il ötür

  27 Fevral 2020    Oxunub : 895
“Bakı Metropoliteni” QSC-nin yaradılmasından 6 il ötür
Bu gün "Bakı Metropoliteni" QSC-nin yaradıldığı gündür. Həmin tarixdən 6 il ötür. Metro istismarçıları və inşaatçıları vahid ailə kimi bir təşkilatda cəm olunublar.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, ötən illərdə edilən mühüm yeniliklər, müstəqillik dövründə inşa olunan ilk xəttin açılması və ilk dəfə kondisionerli qatarların alınması tarixi hadisə olub.



“Amma əvvəlki 5 il deyil, təkcə son bir ildəki uğurlar və 2020-ci ildə gözlənilənləri sadalamaq yetərlidir ki, gələcəyə inamla baxaq. 2019-da 30 yeni vaqon alınıb, 2 stansiya əsaslı təmir olunub. Həmçinin 7 müasir güclü ventilyator alınıb, təbii havalandırmanın əsaslı yeniliklərinə başlanılıb, dizel-generator stansiyaları qurulub.

Bununla yanaşı, daha bir elektrik yarımstansıyası inşa olunub və daha biri yenidən qurulub, metro tarixində ilk dəfə funksional təlim-tədris mərkəzi fəaliyyətə başlayıb. Ötən il ilk dəfə maşinistlər yeni üsul, qayda ilə dövrün tələblərinə uyğun seçilərək işə başlayıblar. Ən mühüm sosial layihə kimi əlil arabası ilə metrodan istifadəyə şərait yaradılıb”.

Azvision.az

Teqlər: Metro   QSC   Qatar   Vaqon